XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

08 Dekabr 2017 - 14:24

Bakıda gənc qız özünü binanın 10-cu mərtəbəsindən yerə atdı –İNTİHAR


Bakının Yasamal rayonunda intihar hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, 24 yaşlı  Əda Zeynalova metronun Elmlər Akademiyası stansiyası yaxınlığında yerləşən hündürmərtəbəli yeni tikilinin 10-cu mərtəbəsindən özünü yerə atıb.

Gənc qız hadisə yerində ölüb. Əraziyə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.