XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2017 - 12:21

Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı həbsxana rejiminə keçirilib- Məhkəmə qərarı

Bakıda cəzaçəkmə müəssisəsində cəza çəkən erməni əsilli Marat Ueldanovun saxlanma rejiminin dəyişdirilməsi barədə təqdimata baxılıb.

"Report"un məlumatına görə, müəssisənin rəisi M.Ueldanovun həbsxana rejiminə keçirilməsi barədə Xəzər Rayon Məhkəməsinə təqdimatla müraciət edib.

Məhkəmə təqdimatı təmin edib və M.Ueldanovun həbsxana rejiminə keçirilməsi barədə qərar qəbul olunub.

Qərardan narazı qalan məhkum apellyasiya şikayəti verib. O, şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini istəyib. M.Ueldanovun şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. İş hakim Qail Məmmədovun icraatına verilib və ilkin baxış iclası dekabrın 12-nə təyin edilib.

Qeyd edək ki, ötən il iyulun 28-də Bakıda Rusiya vətəndaşı M.Ueldanov saxlanılıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra erməni mətbuatı və Rusiyadakı ermənipərəst KİV-lər M.Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M.Ueldanov Bakıda erməni olduğuna görə saxlanılıb.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi, külli miqdarda narkotik vasitə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.