XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

09 Dekabr 2017 - 22:22

Əks yola çıxaraq böyük tıxaca səbəb olan 2800-dən çox sürücü cərimələndi –DYP-dən açıqlama

Bakıda Azadlıq prospektinin Binəqədi rayonu ərazisindən keçən hissəsində uzunluğu bir neçə kilometrə çatan böyük tıxac əmələ gəlib.

Artıq bir aya yaxındır mütəmadi olaraq təkrarlanan hadisəyə prospektin Binəqədi kəndi istiqamətində olan hissəsində aparılan əsaslı təmir-tikinti işləri ilə yanaşı bir çox sürücünün yolun əks istiqamətinə çıxaraq qarşıdan gələn avtomobillərin hərəkətini əngəlləməsi səbəb olur.

Hadisə yerində xidmət aparan Yol Patrul Xidməti müfəttişinin "Report"a verdiyi məlumata görə, gün ərzində Azadlıq prospektinin Novxanı qəsəbəsi istiqamətində olan hissəsində əks yola çıxan 2800-dən çox avtomobil müşahidə kameralarına düşüb. Onun sözlərinə görə, yol hərəkəti qaydasını kobud şəkildə pozan sözügedən sürücülər barəsində 100 manat 4 bal olmaqla protokol tərtib olunacaq.