XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

11 Dekabr 2017 - 10:47

Şəkidə qəzada yaralanan 4 hərbçidən biri dünyasını dəyişdi –FOTO

Qax rayonundan toydan qayıdarkən Şəkidə avtomobil  qəzasına uğramış 4 hərbçidən biri dünyasını dəyişib.

2 gün əvvəl toydan qayıdan zaman avtomobil qəzasında ağır xəsarətlər alan 1994-cü il təvəllüdlü Salyan rayon sakini Məhəmməd Qalib oğlu Heydərov ötən axşam vəfat edib.

Xatırladaq ki, iki “Mercedes”in qarşı-qarşıya toqquşduğu həmin qəzada maşınların birində olan 3 nəfər ölmüş, 5 nəfər yaralanmışdı. Yaralılardan 4 nəfəri həbrbçi idi. Həmin vaxt  vəziyyətləri  nisbətən sabitləşən yaralılar – Murad Bağırov, Elvin Qasımlı və Rəşad Aslanlı Gəncə şəhərindəki hospitala göndərilmişdi. Başından  ağır xəsarət alan  Məhəmməd Heydərov isə koma vəziyyətində Bakıda yerləşən Hərbi Hospitala yerləşdirilmişdi.

24 yaşlı  Məhəmməd Heydərov bu gün Salyan rayonunda torpağa tapşırılacaq. (Virtualaz.org)