XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 December 2017 - 13:58

Neft Daşlarında fəhlələr arasında dava –Bir neftçi öldürüldü

Bu gün saat 11.50 radələrində Neft Daşlarında SOCAR-ın iki əməkdaşı arasında dava olub.

Strateq.az xəbər verir ki, bu barədə SOCAR-ın özü məumat yayıb.

Bildirilib ki, "Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib:

"Nəticədə Anar Əsgərov Azər Xalıqova bıçaqla xəsarət yetirib. Aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır".