XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

12 Dekabr 2017 - 16:38

10 milyon manatlıq ziyanı ödəyən Beytulla Hüseynov əmlak davasına qalxdı –Şikayət

"Rabitə işi” üzrə təqsirləndirilən Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq sədri Beytulla Hüseynov barəsindəki qərarından kassasiya şikayəti verib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, Beytulla Hüseynov məhkəmə dövründə dövlətə vurduğu 10 milyon manatlıq ziyanı tam ödəyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü Beytulla Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzası 7 il 6 aya endirilib.

Lakin Hüsyenov bundan da narazı qalıb və Ali Məhkəməyə müraciətində cəzasının azaldılmasını və üzərinə həbs qoyulan əmlakların özünə qaytarılmasını istəyib. 

Şikayətə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq. İlk iclasın vaxtı yaxın günlərdə təyin ediləcək.