XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

12 Dekabr 2017 - 20:36

Ağsuda maşın 7-ci sinif şagirdlərini vurdu –Ağır xəsarət alan uşaqlardan biri Bakıya gətirilib

Bu gün saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsunun Pirhəsənli kəndi ərazisindən keçən hissəsində “QAZ 3110” markalı minik avtomobili yolu keçən iki uşağı, Əlabad kənd sakinləri, 2005-ci il təvəllüdlü Kərimov Polad Mehman oğlunu və həmyaşıdı Həsənov Famil Müqabil oğlunu vurub.

Hadisə zamanı ağır bədən xəsarətləri alan orta məktəbin 7-ci sinif şagirdləri Ağsu rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb.

Famil Həsənovun vəziyyəti ağırlaşdığı üçün onu təcili olaraq Bakı şəhərinə travmatologiya xəstəxanasına göndəriblər.  

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

APA