XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

13 Dekabr 2017 - 16:34

Bakıda beton qarışdıran yük maşını zəncirvari qəza törətdi- Prospekt bağlandı

Bakıda zəncirvari yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Mətbuat prospektində baş verib.

Prospektdə hərəkət edən beton qarışdıran yük maşını "Toyota – Prado" və "Hyundai-Santafee" ilə toqquşub. Qəza nəticəsində Mətbuat prospektində böyük tıxac yaranıb. Hadisə yerinə dövlət yol polisi əməkdaşları cəlb edilib. Yol polisləri prospektdə hərəkəti bərpa etməyə çalışır.

Qəzada minik avtomobillərinə ciddi ziyan dəyib.