XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

13 Dekabr 2017 - 19:22

Bakıda məhbusun ölməsinin səbəbi məlum olub- Penitensiar Xidmət

türme-1.jpg

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumun ölümünə münasibət bildirib.

Penitensiar Xidmətdən Trend-ə verilən məlumata görə, adıçəkilən müəssisədə cəza çəkən məhkum Mürsəlov Fərhad Zeynal oğlunun ölümündə Penitensiar Xidmət əməkdaşının adının hallanması həqiqətəuyğun deyil: "Məhkumun ölməsi təbii ölümdür. Bu hadisədə Penitensiar Xidmət əməkdaşının adının hallanması həqiqətəuyğun deyil".

Qeyd edək ki, Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Mürsəlov Fərhad Zeynal oğlu müəssisədə ürək tutmasından vəfat edib. Sosial şəbəkələrdə isə məhkumun ölümündə penitensiar xidmət əməkdaşının adı hallandırılıb.