XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

13 Dekabr 2017 - 20:56

Türkiyədə Azərbaycan əsilli Gürcüstan vətəndaşı qətlə yetirilib

Türkiyədə 52 yaşlı Gürcüstan vətəndaşı qətlə yetirilib.
 
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, həmin şəxsə baş nahiyəsindən küt alətlə ölümcül xəsarət yetirilib. 
 
Gürcüstan Xarici İşlər Nazirliyindən qətlə yetirilmiş vətəndaşın etnik azərbaycanlı olduğu bildirilib. 
 
Faktla bağlı Türkiyədə istintaq aparılır. Qətli törətmiş şəxsin axtarışı istiqamətində tədbirlər həyata keçirilir.