XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

14 Dekabr 2017 - 11:04

Ağdaşda qətl –16 yaşlı yeniyetmə poçtun qarşısında vuruldu

Ağdaşda qətl hadisəsi baş verib.

Hadisə bu gün 10.30 radələrində Ağdaş şəhəri Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında qeydə alınıb.

16-17 yaşlarında olduğu deyilən oğlanın ürəyindən bıçaqlanaraq öldürüldüyü bildirilir.

Onun meyiti müayinə olunmaq üçün Ağdaş "morq"una aparılıb.

Faktla bağlı araşdırma aparılır. Ölən və hadisəni törədənin kimliyi hələlik məlum deyil/APA.