XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

14 Dekabr 2017 - 12:47

Ağdaşda qətlə yetirilən gənc tələbə çıxdı –Təfərrüat

Ağdaşda qətlə yetirilən şəxsin kimliyi bilinib.

Bu gün səhər saatlarında qətlə yetirilən 2000-ci il təvəllüdlü Ağdaş şəhər sakini Nəsibov Ətraf Nəsib oğlu Ağdaş Dövlət Humanitar Kollecinin 3-cü kurs tələbəsidir.  

Məlumata görə, onu həmyaşıdı olan Hacıyev Tərlan Fikrət oğlu kürək və ürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirib.   

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır. 

APA