XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

15 Dekabr 2017 - 00:08

Rusiyanın Ankarada öldürülən səfirinin cinayət işində yenilik –Daha bir keçmiş polis əməkdaşı saxlanıldı

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli ilə bağlı aparılan istintaq çərçivəsində FETÖ ilə əlaqədə olduğu üçün polis sıralarından xaric edilən Ramazan Yücəl həbs olunub.

Türk mediası xəbər verir ki, Yücəl Ankara Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən “əvvəlcədən planlaşdırılmış qətldə iştirak” maddəsi üzrə saxlanılaraq həbsə göndərilib.

Xatırladaq ki, Andrey Karlov ötən il dekabrın 19-da Ankarada qatıldığı sərgi salonunda sui-qəsd nəticəsində öldürülüb. Aparılan istintaq tədbirləri nəticəsində 2-si polis olmaqla 4 nəfər həbs edilib/Teleqraf.com.