XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Dekabr 2017 - 13:45

Bakıda qadın sürücü qəzada ölüb- 7 yaşlı qızı xəsarət alıb

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 15-də saat 13 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Natəvan Babayeva idarə etdiyi “BMW” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sürücü hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş sərnişini – 7 yaşlı qızı Aysunun vəziyyəti qənaətbəxşdir. 

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.