XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 December 2017 - 17:48

Gəncədə qaz sızmasından partlayış olub- 14 yaşlı oğlan xəsarət alıb

Gəncədə evdə qaz sızmasından partlayış yaranıb.

APA-nın qərb bürosunun xəbərinə görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.  

Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Xəlilov Sabit İmran oğlu evlərində quraşdırılan sobanı yandıran zaman qaz sızmasından partlayış baş verib. S. Xəlilov yanıq xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.