XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 December 2017 - 17:17

Qazaxda minik avtomobili aşıb –İki Gürcüstan vətəndaşı xəsarət alıb


Bu gün Bakı-Qazax-Gürcüstan avtomagistralında minik avtomobili aşıb, 2 nəfər xəsarət alıb.

Hadisə yolun Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Opel" markalı minik avtomobilinin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 2 nəfər – Gürcüstan vətəndaşları 1967-ci il təvəllüdlü Daşdəmirov Həsən Aydın oğlu və 1975-ci il təvəllüdlü Səmədəov Mədət İsa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıblar. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.