XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

18 Dekabr 2017 - 11:55

Əli Həsənovun nəvəsinə hökm oxundu –Altı il həbs cəzası verildi -YENİLƏNİB


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin son məhkəməsi keçirilir. 

Qafqazinfo-nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesə jurnalistlər buraxılmayıb. 

İclasda N.Allahverdiyevə cəza istənilib. Dövlət ittihamçısı çıxış edərək ittihamdan "hadisə yerindən qaçma" maddəsinin çıxarılmasını istəyib və N.Allahverdiyevə 7 il azadlıqdan məhrumetmə cəzasının verilməsini təklif edib. 

Hazırda hakimlər hökmü elan etmək üçün müşavirəyə çıxıb.

N.Allahverdiyev iki və daha çox şəxsin ölümü ilə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda ittiham edilir.

***

Məhkəmə Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə hökm oxuyub. Məhkəmənin hökmü ilə Nail Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.