XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

18 Dekabr 2017 - 13:10

Bakıda yanacaqdoldurma məntəqəsinə basqın oldu –Qubada maskalı quldur bankomatı soymaq istədi

Bakıda yanacaqdoldurma məntəqəsinə basqın olub.

Paytaxtın Xətai rayonu, Nobel prospektində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin istirahət otağına daxil olan naməlum şəxslər orada işləyən Mehman Cabbarovu bıçaqla hədələyərək pul tələb ediblər.

M. Cabbarov üzərində olan 552 manat pulu onlara verdikdən sonra naməlum şəxslər yanacaqdoldurma məntəqəsini tərk ediblər. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Sərxan Mailli və Niyaməddin Mustafayev tutulublar.

Qubada isə bankomatı qarət etmək istəyən şəxs tutulub.

Hadisə Quba rayon avtovağzalı ərazisində qeydə alınıb. Banklardan birinin köşkündə quraşdırılmış bankomatı qarət etmək istəyən Asim Cabbarov cinayət başında tutulub. Ondan bıçaq, dəmir ling, qara maska və əlcək götürülüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir. (APA)