XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2017 - 16:52

Bakıda məktəb direktorunun bağ evindən oğurluq edənin məhkəməsi başlayıb


Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda təqsirləndirilən Mehman Rzayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı dekabrın 25-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin fevralında Çimnaz Səlimzadəyə məxsus Novxanı qəsəbəsində yerləşən bağ evində baş verib. M. Rzayev həmin evdə gözətçi işləyərkən, evdə olan ümumilikdə 84 min manat dəyərində əşyaları ayrı-ayrı vaxtlarda satmaqda, ev sahibinə məxsus idman alətlərini, qədim qabları internet üzərindən satışa çıxarmaqda ittiham olunur.

İş üzrə zərərçəkmiş Ç. Səlimzadənin Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki 11 saylı internat məktəbin direktoru olduğu bildirilir. (APA)