XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

19 Dekabr 2017 - 14:22

Sürücünün əllərini bağlayaraq qarət edən iki nəfər saxlanıldı –Polis əməliyyatı

Polis taksi sürücüsünə qarşı quldurluq edən şəxslər həbs ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, dekabrın 5-də İsmayıllı Rayon Polis Şöbəsinə (RPŞ) gəlmiş Gəncə şəhər sakini Mahir Məmmədov ona qarşı quldurluq edilməsi barədə məlumat verib. Həmin gün axşam saatlarında paytaxtdakı Beynəlxalq Avtovağzal Kompleksində 2 naməlum şəxs onun idarə etdiyi “Mercedes” markalı avtomobilinə sərnişin qismində oturaraq, Biləcəri qəsəbəsinə, sonra isə Gəncə şəhərinə gedəcəklərini bildiriblər:

"Biləcəri qəsəbəsində onlar sürücünü döyüb 70 manatını və mobil telefonunu alıblar, əllərini, gözlərini və ağzını bağlayaraq avtomobillə İsmayıllı rayonuna gətiriblər, onu Bizlan kəndində yolun kənarında düşürərək özləri həmin avtomobillə yollarına davam ediblər. Əl-qolunu açaraq yolda rast gəldiyi vətəndaşlardan Polis Şöbəsinin yerini öyrənən M.Məmmədov əllərindəki plastmas xamutlarla Polis Şöbəsinə gəlib, üzləşdiyi cinayət barədə məlumat verib.

Faktla əlaqədar cinayət işi başlanıb. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə avtomobil həmin gün polis əməkdaşları tərəfindən Ağsu rayonunun Nüdü kəndi ərazisində tapılıb.

Peşəkarlıqla görülmüş tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslərin paytaxtın Biləcəri qəsəbəsində olduqları yer müəyyən edilib. İsmayıllı RPŞ-nin Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə Bakı şəhər sakini Ülvi Xəlilov və Neftçala rayon sakini Ümid Əliyev saxlanılaraq istintaqa təhvil veriliblər".

Faktla bağlı istintaq-əməliyyat tədbirləri aparılır.