XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

21 Dekabr 2017 - 20:07

Şorun içərisində həbsxanaya psixotrop maddə keçirmək istədi, həbs olundu –Əməliyyat + FOTO

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Strateq.az xəbər verir ki, bu barədə Ədliyyə Naziriyinin Pentensiar Xidməti açıqlama yayıb.

Bildirilib ki, Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinə əsasən təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Məmmədov Vüsal Əlövsət oğlunun yanına qısa müddətli görüşə gəlmiş qohumu Qaniyev Bayram Məmmədağa oğlunun gətirdiyi sovqata baxış keçirilib: "Bu zaman 400 qr həcmində üzərində “İvanovka şor” yazılmış plastik qabda olan şorun içərisinə tramodol preparatının qatışdırılması müəyyən edilib".

Məlumata görə, faktla bağlı araşdırma aparılır.