XƏBƏR LENTİ

08 Mart 2021
07 Mart 2021
06 Mart 2021

Digər Xəbərlər

23 Dekabr 2017 - 12:06

Bakıda mənzildə partlayış olub- Bir nəfər xəsarət alıb, 20 nəfər təxliyə olunub

Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində ikimərtəbəli çoxmənzilli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzillərdən birinin mətbəxində məişət qazının sızması nəticəsində partlayış baş verib.

FHN-dən APA-ya verilən məlumata görə, yanğın hadisəsi olmayıb.

Nəticədə mənzilin arakəsmə və xarici divarları, pəncərə və qapı çərçivələri qismən dağılıb.

Partlayış zamanı ev sahibi, 1962-ci il təvəllüdlü Musayev Fərhad Musa oğlu xəsarətlər alıb. Ona Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən hadisə yerində ilkin tibbi yardım göstərilib.

20 nəfər bina sakini əraziyə cəlb olunmuş yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Aidiyyəti qurumlar partlayış hadisəsi ilə bağlı məlumatlandırılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.