XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

23 Dekabr 2017 - 13:19

Prokurorluğun qarşısında cinayət- Polis əməkdaşı bıçaqlandı

Cəlilabadda polis əməkdaşı bıçaqlanıb.

APA-nın xəbərinə görə, Cəlilabad Rayon Prokurorluğunun qarşısında 1990-cı il təvəllüdlü Anar Əmirov və 1991-ci il təvəllüdlü İlkin Qurbanov arasında mübahisə düşüb.

Ərazidə xidmət aparan polis əməkdaşı mübahisə edən şəxsləri intizama dəvət etsə də, onlar polisin qanuni əmrinə tabe olmayaraq ona bıçaq xəsarəti yetiriblər.

Xəstəxanaya çatdırılan polisə tibbi yardım göstərilib.

Hadisəni törədən A. Əmirov və İ. Qurbanov saxlanılaraq, Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 315.2 (Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi üzrə ittiham irəli sürülüb, cinayət işi başlanıb.