XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

24 Dekabr 2017 - 13:59

İsraildə saxlanılan türklər azad edildi –Məhkəmə qərarı

Qüdsdə Əqsa məscidinin yaxınlığında baş verən qarşıdurma zamanı İsrail polisi tərəfindən saxlanılan 3 Türkiyə vətəndaşı girov müqabilində sərbəst buraxılıb.

Bu barədə İsrail məhkəməsi qərar verib.

Qeyd edək ki, Türkiyə bayrağı həkk olunmuş köynəklər geyinən bir qrup türkiyəli Əqsa məscidinə daxil olmaq istəyərkən İsrail polisi ilə aralarında qarşıdurma baş verib.

Tərəflər arasında yaranan narazılıqdan sonra polis Türkiyə vətəndaşlarını həbs edib/Axar.az.