XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 December 2017 - 00:17

Bir gündə 4 nəfər dəm qazından zəhərlənib –Goranboyda

Goranboy rayonunda ikisi azyaşlı olmaqla 4 nəfər dəm qazından zəhərlənib.

APA-nın qərb bürosunun verdiyi məlimata görə,  Bakı sakini, 1968-ci il təvəllüdlü Nəsirova İradə Polad qızı Goranboy şəhərində kirayə qaldığı evdə dəm qazından zəhərlənib. Qadın xəstəxanaya yerləşdirilib.

Rayonun Xan Qərvənd kəndində isə bir qadın iki azyaşlı övladı ilə birgə dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Onlara müvafiq tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.