XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

26 Dekabr 2017 - 09:05

İstanbulda əməliyyat –İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər saxlanılıb

İstanbul Terrorla mübarizə idarəsi gecə saatlarında şəhərdə antiterror əməliyyatı keçirib.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tibbi müayinədən keçmək üçün Haseki xəstəxanasına gətiriliblər.

Daha sonra şübhəlilərin İstanbul Polis İdarəsinə təhvil veriləcəyi bildirilir.

Əməliyyatın digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.