XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

28 Dekabr 2017 - 00:32

Türkiyədə naməlum şəxs məktəbdə atəş açıb –7 nəfər yaralanıb

Türkiyənin Qaziantəp şəhərində naməlum şəxs məktəbin həyətində tüfəngdən atəş açıb.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 5-i şagird olmaqla 7 nəfər xəsarət alıb. Yaralılar  xəstəxanaya çatdırılıb, onların həyatlarına təhlükə olmadığı bildirilir.

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.