XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

28 Dekabr 2017 - 16:01

Dərhal icra edilməli olan məhkəmə qərarlarına dair yeni prosedur müəyyənləşdi –Nazirlikdən qərar

Ədliyyə Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”da dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik mülki məhkəmə icraatı üzrə məhkəmə aktlarının icraya yönəldilməsi ilə bağlıdır.

Təlimata əsasən, məhkəmənin qətnaməsi, qərardadı qanuni qüvvəyə mindikdən sonra növbəti iş günündən gec olmayaraq icra sənədi verilir.

Dəyişikliyə əsasən, artıq dərhal icra edilməli olan məhkəmə qətnamələri və qərardadları üzrə icra sənədi iş üzrə qətnamə və qərardadın qəbul edildiyi günün ertəsi günündən gec olmayaraq veriləcək. O cümlədən məhkəmə qərarları qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilsə də, dərhal icra edilməli olan məhkəmə qərarları istisna olacaq. Dərhal icra edilməli olan məhkəmə qərarları dərhal icraya yönəldiləcək.