Şirvanda qadın əri tərəfindən bıçaqlanıb.
İnsident Heydər Əliyev küçəsi, 7/12 ünvanında baş verib.
Məlumata görə, şəhər sakini 1985-ci il təvəllüdlü İsgəndərov Elşad Azər oğlu qısqanclıq zəminində keçmiş həyat yoldaşı 34 yaşlı İsgəndərova Şəlalə Sahib qızına 8 bıçaq xəsarəti yetirib. Yaralı Şirvan Şəhər Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Elşad İsgəndərov polis tərəfindən saxlanılıb.
Fakt Şirvan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılır.
APA