XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

29 Dekabr 2017 - 15:57

Gəncə sakini öldürülüb, maşını yandırılıb- Cinayət işi başladıldı

Ağstafada dəhşətli qətl törədilib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Xətai kəndində qeydə alınıb. Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Əliyev Samir Fikrət oğlunun meyiti yol kənarında tapılıb. Ona məxsus “VAZ-2104” markalı maşın isə meyitin yanında yanmış vəziyyətdə aşkar edilib.

S.Əliyevin qətlə yetirildiyi məlum olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparılır.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.