XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

30 Dekabr 2017 - 11:55

Tanınmış prodüserə cinayət işi açılıb –Qadın alveri ittihamı - FOTO

Azərbaycan şou-biznesinin məşhur siması, prodüser Təranə Səmədovaya Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi açılıb.

Lent.az  xəbər verir ki, prodüser təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilib. Ona Cinayət Məcəllsinin 144-cü (insan alveri, istismar) maddəsi ilə ittiham verilib. İttiham görə, Təranə Səmədova Türkiyəyə qadın apararaq onu istismar edib. 

Təranə Səmədova barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilməyib. Məsələ ilə bağlı münasibətini öyrənmək üçün lent.az-ın əməkdaşı T.Səmədova ilə əlaqə saxlamağa çalışıb. Lakin prodüser zənglərə cavab verməyib.