XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Yanvar 2018 - 12:07

Milyonçu və qohumları yeni il gecəsi həlak oldu –Təyyarə çaya düşdü

Britaniyalı milyonçu və yaxınları dekabrın 31-də təyyarə qəzası  nəticəsində həlak olub.

Strateq.az bildirir ki, korporativ qida daşımı ilə məşğul olan “Compass Gorup” şirkətinin baş direktoru Riçard Kazins və qohumları Avstraliyada təkmühərrəkili təyyarənin düşməsi nəticəsində ölüblər. Təyyarə Hoksberi çayına düşüb. Qəza nəticəsində təyyarədə olan 6 nəfərin hamısı həlak olub.

Şirkət dünyada korporotiv qida daşımı ilə bağlı xidmət göstərən nəhəng qurumdur. O dünyanın 50 ölkəsində çalışır. Ofislərə, zavodlara, məktəblərə, xəstəxanalara, həbsxanalara, neft platformalarına qida çatdırılmasını təşkil edir. Hər il şirkət 4 milyard insana xidmət edir.