XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

01 Yanvar 2018 - 14:41

Sumqayıtda bayram atəşfəşanlığı 3 nəfəri xəstəxanaya saldı –Həkimlər bir şəxsin 2 barmağını kəsdilər

Bayram günü Sumqayıt şəhərində satışı qadağan olunmuş pirotexniki vasitələrdən istifadə nəticəsində 3 nəfər ağır xəsarət alıb.

"Report"un yerli bürosunun məlumatına görə, əl nahiyələrindən xəsarət alan şəhər sakinləri – 42 yaşlı Emin Ağayev, 38 yaşlı Elşad Əliyev və 47 yaşlı İlham Şəfqətov Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Həkimlərin dərhal müdaxiləsindən sonra Emin Ağayev və Elşad Əliyevin əli əməliyyat olunub. İlham Şəfqətovun vəziyyəti ağır olduğundan 2 barmağı amputasiya edilib.