XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

01 Yanvar 2018 - 22:43

Qaxda 19 yaşlı qız nişan günü intihar edib

Qaxda intihar olub.

Hadisə rayonun Üzümlü kəndində qeydə alınıb. Kənd sakini, 19 yaşlı Sürəyya Əhməd qızı Əbdürrəhmanovanın meyiti yaşadığı evin həyətində yerləşən tövlədə asılmış vəziyyətdə aşkar edilib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Məlumata görə, S. Əbdürrəhmanovanın bu gün nişanı olacaqmış.

Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.