XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Yanvar 2018 - 12:30

Bakıda mənzildə partlayış baş verib –3 nəfər xəsarət alıb

Bakıda mənzildə partlayış baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 1-də Sabunçu rayonunun Sabunçu qəsəbəsində yaşayan Könül Cəfərovanın evinin mətbəxində təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə K.Cəfərova, qızı Aysun və qardaşı qızı Nərmin Məmmədova yanıq xəsarətləri alıb, xəstəxanaya yerləşdiriliblər.