XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

02 Yanvar 2018 - 19:35

Sumqayıtda yol qəzasında üç nəfər xəsarət alıb –Hadisə yerindən qaçan sürücü saxlanıldı

Sumqayıtda baş verən yol nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb.

Qəzanı törədən avtomobil sürücüsü hadisə yerindən qaçıb.

Belə ki, "Opel" markalı avtomobil şəhərin 11-ci mikrorayonunda yolu keçmək istəyən üç gənci vurub. Qəzada yaralanan Sumqayıt şəhər sakinləri, 17 yaşlı Cahangirov İsgəndər Rafiq oğlu, 16 yaşlı Hüseynov Həmid Ceyhun oğlu və 15 yaşlı Qasımov Emil Şahin oğlu yaxınlıqdakı insanların köməkliyi ilə təcili tibbi yardım xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, onlardan birinin vəziyyəti ağırdır.

Qəza yerindən qaçan sürücünün kimliyi müəyyən edilib. O, saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb,hadisənin dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq/Report.