XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2018 - 15:21

Sosial şəbəkədə tanış olduğu həkimi şantaj edən şəxsə ağır cəza istənildi –Prokuror tərəfindən

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış həkimi şantaj edərək pul tələb etməkdə təqsirləndirlən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edib.

Prokuror çıxışında E.İbrahimovun barəsində olan polis nəzarətində qətimkan tədbirini dəyişdirilərək həbslə əvəzlənməsini və onun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmişin nümayəndəsi çıxış edərək prokurorla razı olduğunu deyib.

Təqsirləndirilən E.İbrahimovun vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt tələb edib.

Qeyd edək ki, E.İbrahimov Bakıda fəaliyyət göstərən klinikalarının birində çalışan tanınmış nevropatoloq və EEG həkimi N.A (ad və soyadı şərti) ilə sosial şəbəkədə tanış olub. Daha sonra E.İbrahimov onunla münasibət qurub. Bir qədər keçəndən sonra o, qadını rüsvay etməklə şantaj edərək, ondan 8 min manatdan çox pul alıb.

Daha sonra həkim E.İbrahimovu hüquq-mühafizə orqanlarına şikayət edib və o, saxlanılıb.

E.İbrahimovun barəsində həbs qətimkan tədbiri seçilməyib.

O, ittihamları qəbul etmədiyini və həmin qadından pulu yardım məqsədilə istədiyini söyləyib.