XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Yanvar 2018 - 19:05

İmişlidə 5 nəfəri vurub qaçan sürücü də saxlanıldı –Baş Prokurorluq xəbər yaydı

Dekabrın 31-də saat 20 radələrində İmişli şəhər sakini, 1989-cu il təvəllüdlü Seymur Mehtiyev idarə etdiyi "VAZ-2107” markalı 30 BD 026 dövlət qeydiyyat nişanlı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən yolu keçmək istəyən piyadalar – Səbuhi Mustafazadə, Sabir Cavadlı, Ruslan Cavadov, Şəhriyar Həsənli və Həsrət Nəsirovu vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Baş Prokurorluqdan Strateq.az-a daxil olan məlumata görə, faktla bağlı İmişli rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb:

"Seymur Mehtiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib".

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.