XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2018 - 19:26

Kiyevdə Azərbaycan vətəndaşı həbs edildi –İnsan alverində ittiham olunur

Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan vətəndaşı həbs olunub.

Bu gün Kiyev şəhərində polis tərəfindən saxlanılan 1991-ci il təvəllüdlü Elnur Cəbrayılov barəsində Peçerski rayon məhkəməsinin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Azərbaycan vətəndaşı insan alverində ittiham olunur. İttihamla razılaşmayan E. Cəbrayılov apelyasiya şikayəti verməyə hazırlaşır.

Qeyd edək ki, son bir neçə ay ərzində Kiyevdə daha bir neçə Azərbaycan vətəndaşı müxtəlif ittihamlarla həbs olunub, barələrində istintaq gedir/APA.