XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2018 - 21:55

Türkiyədə İŞİD-ə qarşı əməliyyat –26 nəfər şübhəli saxlanıldı

Türkiyənin Bingöl vilayətinin rəhbərliyi İŞİD terror qruplaşması ilə əlaqədə olmaqda şübhəli bilinən 26 nəfərin saxlanıldığını xəbər verib.

Bu barədə "Anadolu" agentliyi xəbər yayıb.

Əməliyyat vilayətin təhlükəsizliyi üzrə idarə ilə Milli Kəşfiyyat İdarəsi tərəfindən birlikdə keçirilib. Reydlərin gedişatında polis həmçinin partlayıcı maddələr hazırlamaq üçün texnikanı, təxminən 4,6 min dollar pulu və ov tüfənglərini müsadirə edib. Şübhəlilər Bingöl, İstanbul, Adana, İzmir və Kilis vilayətlərində saxlanılıb/Report.