XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Yanvar 2018 - 12:36

Goranboydakı kütləvi dava ilə bağlı rəsmi açıqlama verildi –YENİLƏNİB

Goranboyda ölümlə nəticələnən kütləvi davaya görə 4 nəfər tutulub.

 Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, bu gecə 31 yaşlı Zülfü Cəbrayılov, Zeynalabdin Həsənov, Fəxrəddin Məmmədov, Anar Hatəmi və Nicat Əliyev kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Zülfü Cəbrayılovun həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyəti isə orta-ağırdır.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakinləri – Ülvi Hasilov, Samir Rəsulov, Ağdaş rayon sakini Rüfət Abdullayev və Yevlax rayon sakini Elməddin Sultanov tutulub, daha bir nəfər isə müəyyənləşdirilib. Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.

 Qeyd edək ki,  dünən Goranboyun Dəliməmmədli qəsəbəsində kütləvi dava olub. Dava zamanı  bir nəfər qətlə yetirilib, bir neçə nəfər isə bıçaq xəsarəti alıb.

***

Goranboy Rayon Prokurorluğu və Rayon Polis Şöbəsi birgə məlumat yayıb.

 APA-nın xəbərinə görə, məlumatda bildirilir ki, yanvarın 4-də saat 21 radələrində Goranboy rayon sakinləri Rəvan İsmayılov və digərlərinin ictimai qaydanı kobud surətdə pozaraq rayonun Dəliməmmədli şəhəri ərazisində aralarında yaranmış mübahisə zəminində Elxan Həsənova, Fəxrəddin Məmmədova, Anar Hətəmiyə, Nicat Əliyevə və Zülfüqar Cabbarova bıçaqla müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirməsi, nəticədə sonuncunun aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

 Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin olunub.

Prokurorluq və polis orqanları əməkdaşlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü R. İsmayılov tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayətin digər iştirakçılarının dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.