XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

05 Yanvar 2018 - 13:25

Professorun evindən oğurluq etmiş xadiməyə verilən cəza təxirə salındı –QƏRAR

Bakı Ağır Cinayətlər Məhkəməsində xeyli miqdarda oğurluqda təqsirləndirilən Mehriban Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi prosesdə hökm oxunub. Məhkəmə M. Quliyevanı 4 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb. Məhkəmə M. Quliyevanın istintaq dövründə 4, məhkəmə dövründə isə 1 uşağının olmasını nəzərə alaraq, onun sonuncu uşağı 14 yaşına çatanadək cəzanın icrasını təxirə salıb.

Qeyd edək ki, hadisə ötən il Nəsimi rayonu ərazisində yerləşən mənzillərdən birində baş verib. İttihama görə, zərərçəkmiş Aida İbrahimovanın evində xadimə işləyən M. Quliyev mənzildən 30 min manatdan çox qızıl zinət əşyaları və pul oğurlayıb. M. Quliyevaya qarşı Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. M. Quliyeva 5 azyaşlı uşağın anasıdır.

Zərərçəkmiş Aida İbrahimova Bakı Dövlət Universitetinin (BDU) professorudur.