Misirin cənubundakı Luksor şəhərində hava şarı qəzaya uğrayıb.
Trend-in məlumatına görə, qəza nəticəsində bir amerikalı turist həlak olub, daha 7 nəfər xəsarət alıb. Xəsarət alan turistlər xəstəxanaya yerləşdirilib. Qeyd olunur ki, qəzaya güclü külək səbəb olub.