XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Yanvar 2018 - 13:34

Neftçalada broyler fabrikindən oğurluq edilib- Fabrikin 7 işçisi tutulub

Neftçalada broyler fabrikindən oğurluq edən şəxslər saxlanılıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 4-də Neftçala şəhəri ərazisindəki quşçuluq fabriklərinin birindən xeyli sayda cücənin oğurlanması barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə müraciət daxil olub. Məlumatla əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu fabrikə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla ötən ilin dekabrın 21-dən cari il yanvarın 4-dək olan müddətdə ASC-yə məxsus quşbəsləmə sexindən 743 cücənin oğurlanması məlum olub.    

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətin üstü qısa müddətdə açılıb. 

Oğurluqda şübhəli bilinən şəxslər – Cəmiyyətin işçiləri, Neftçala rayon sakinləri Vahid Hadıyev, Babək Əkbərov, Pərvin Qurbanov, Səyavuş Novruzov, Abbas Göyçayev, Etibar Rüstəmov və Xəyal Abbasov tutulublar. Onlar törətdikləri əməli etiraf ediblər.

Faktla bağlı Neftçala RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.