XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 January 2018 - 15:45

Avtomobil piyadanı vuraraq öldürüb- Bakıda

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın xəbərinə görə, hadisə bu gün saat 08:00 radələrində Aeroport yolunda qeydə alınıb.

“Nissan” markalı avtomobil yolla hərəkət edən və kimliyi hələlik məlum olmayan 30-35 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.