XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2018 - 22:28

Ağstafada F-1 əl qumbarası aşkar olunub –FOTO

Ağstafada 1 ədəd F-1 əl qumbarası aşkar olunub.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, yanvarın 7-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Ağstafa rayonu, Köçəsgər kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub. Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı çəkilmiş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əlqumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş əlqumbarasının ətrafında 220 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib. Bu əməliyyat Böyük Britaniya Hökuməti tərəfindən maliyyələşdirilib. Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 07 yanvar 2018-ci il tarixlərində Ağstafa, Tərtər və Lənkəran rayonları ərazisində 2 ev və həyətyanı sahəyə, 1 əkin sahəsinə və bazar ərazisinə baxış keçirilib, 3 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib, 6 020 kv.m ərazi yoxlanılıb.