XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

08 Yanvar 2018 - 10:26

Azərbaycandan Türkiyəyə gedən avtobus Gürcüstanda yanıb –Salonda 50 sərnişin olub

Azərbaycandan Türkiyəyə hərəkət edən sərnişin avtobusu Gürcüstanın şərq hissəsində olarkən yanıb.

Bu barədə Gürcüstanın İctimai Televiziyası xəbər yayıb. Avtobusda 50 sərnişin – müxtəlif ölkələrin, o cümlədən Rusiya vətəndaşları olub. Bazar ertəsinə keçən gecə baş vermiş hadisə zamanı sərnişinlər dərhal avtobusu tərk etdiyindən xəsarət alan olmayıb.

Nəqliyyat vasitəsi tamamilə yanıb. Fakt araşdırılır.