XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 January 2018 - 10:08

Bakıda özünü dənizə atan gəncin meyiti sudan çıxarılıb –Fakt üzrə cinayət işi başlanıb

Bakıda özünü dənizə atan şəxsin meyiti tapılıb. 
 
APA-nın məlumatına görə, 1995-ci il təvəllüdlü Məlik Nizaməddin oğlu Cahangirovun meyiti ötən gecə Bulvar ərazisində tapılaraq sudan çıxarılıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil. 
 
Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir