XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

09 Yanvar 2018 - 12:10

Lənkəranda doğuş zamanı əkiz körpələr ölüb –Araşdırma aparılır

Lənkəran rayonunda doğuş zamanı əkiz körpələr ölüb.

Hadisə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində baş verib.

Masallı rayonunun Türkoba kənd sakini, 1991-ci il təvəllüdlü Alidə Tofiq qızı Məmmədovanın hamiləliyinin 7-ci ayında səhhətində problemlər yaranıb və buna görə də həkimlər körpələrin 7 aylıq dünyaya gətiririlməsinə qərar veriblər. Körpələrdən biri qız, biri oğlan olub. Doğuş zamanı əkiz körpələr dünyasını dəyişib.

Məlumata görə, bir il öncə də qadının dünyaya gətirdiyi oğlan uşağı xəstəxanada ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır/Report.