XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

09 Yanvar 2018 - 14:24

Heydər Əliyev Beynəlxalq Aeroportunda saxta pasportla İran vətəndaşları saxlanıldı –FOTOLAR

Heydər Əliyev Beynəlxalq Aeroportunda saxta pasportla İran vətəndaşları saxlanılıb.

Bu barədə Strateq.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Yanvarın 4-də həyata keçirilmiş tədbirlər nəticəsində sərhədçilər tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportunda saxtalaşdırılmış Böyük Britaniya vətəndaşlarına məxsus pasportlarla Bakı-London reysi ilə Böyük Britaniyaya getmək istəyən 30.06.1978-ci il təvəllüdlü Cimen Aysegül və övladı 22.12.2009-cu il təvəllüdlü Cimen Zeynebsu davranışları şübhə doğurduğundan saxlanılıblar:

"Aparılmış araşdırmalar nəticəsində həmin şəxslərin 01.01.2018-ci il tarixdə İstanbul-Bakı reysi ilə Azərbaycana gəlmiş İran vətəndaşları 06.12.1979-cu il təvəllüdlü Muhəmmədi Zeynəb Kiomərz qızı və övladı 21.03.2009-cu il təvəllüdlü Pərvəreş Pəniz Əli qızı olması müəyyənləşdirilib. Bu şəxslərin saxta pasportları İstanbul şəhərində tanışları olan Məhəmməd adlı İran vətəndaşından 15000 ABŞ dolları məbləğində pulun müqabilində əldə etdikləri məlum olub.

Hazırda fakt üzrə cinayət işi başlanaraq müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir".